
"Bizim işimiz öz oyunlarımızdan qalib ayrılmaqdı. AZAL ilə oyunun çətin keçəcəyi də bəlli idi. Çıxdıq, əlimizdən gələni etdik və qalib gəldik”.
Bunu Sportnet.az-a açıqlamasında "Kəpəz”in yarımmüdafiəçisi Kərim Diniyev Azərbaycan Premyer Liqasının 27-ci turunun AZAL-la oyunu haqda danışarkən deyib. Diniyev ötən turun "Zirə” – "Neftçi” matçında rəqib komandanın məşqçilər korpusunun legioner limitini pozmasından danışıb. Bununla yanaşı Kərim son turda "İnter"i məğlub etmək istədiklərini bildirib: "Neftçi”nin oyunu barədə nə deyim? Matçın həyəcanından belə şeylər olur. Çox güman ki, "Neftçi"də də bu cür olub. Sadəcə, kuryoz hadisədir. Bizim məqsədimizə, işimizə təsir etdi deyəndə ki, qismət belə imiş. Əsas odur əlimizdən gələni edirik. Son turda "İnter”i evdə qəbul edirik. Rəqibimiz nə qədər güclü olsa da, biz bu matçdan yalnız qələbə ilə ayrılmağı düşünürük”.