1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"yə nə olacaqsa, "Qarabağ"a da o olacaq"
"Qarabağ"ın baş direktoru Emrah Çelikel "Neftçi"yə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- "Qarabağ”ın həm əsas, həm də əvəzedici komandası cari mövsümü çempion başa vurdu. Öncə təəssüratlarınızı bilmək istərdik...
- Əlbəttə, buna görə şadıq. Amma çempionluq bizə daha böyük məsuliyyət yükləyir. Hansı ki, 3 ildir Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə istəyi ilə yaşayırıq. Bu il də əlimizdən gələni edəcəyik ki, əvvəlkinə nisbətən daha yaxşı oyun göstərək.
- Komandada hansı mövqelərdə dəyişikliklərə ehtiyac var?
- Biz bu barədə ümumiyyətlə fikir bildirmirik, heç fikirləşmirik də. Çünki səlahiyyət tamamilə Qurban Qurbanov və onun rəhbərlik etdiyi məşqçilər heyətindədir. Qurban müəllim kimləri komandada görmək istəsə, biz ona yalnız kömək edəcəyik.
- Qarşıda "Qəbələ" ilə Naxçıvanda ölkə kubokunun final oyunu gəlir. Oyuna azarkeş aparacaqsınız?
- Əlbəttə, bizim də sadiq azarkeş qruplarımız var. Onlara mümkün olduqca dəstək verəcəyik ki, gəlib oyunumuza baxsınlar. Amma təbii ki, hər istəyəni ora apara bilmərik. Belə bir imkanımız, şansımız da yoxdur. Lakin fan-klublara müəyyən dəstəyimiz olacaq.
- Bəs final oyunu barədə nə düşünürsünüz?
- Həm maraqlı səfər, həm də maraqlı oyun olacaq. Nəticə də bizim üçün çox maraqlıdır. Əlbəttə, biz də, "Qəbələ” də əlimizdən gələni edəcəyik ki, müsbət nəticə qazanaq. Naxşıvanda gözəl oyun gözləyirəm.
- Necə düşünürsünüz, Naxçıvanda matçın günorta keçirilməsi və qazon kimi amillər oyununuza təsir göstərə bilər?
- Nə təsir göstərəcəksə, iki tərəfə də eyni olacaq. "Qəbələ"yə nə olacaqsa, bizə də eləcə. O baxımdan şanslar bərabərdir.
- Müqaviləsi başa çatan futbolçularla danışıqlarınız olub?
- Bir neçə futbolçu ilə görüşmüşük. Danışıqlar hələ də davam edir. Lakin mövsümü tam bitirməmiş bu barədə danışmaq həm futbolçuların mötivasiyasına təsir edə bilər, həm də bizi yayındırar. Hazırda kubokun finalı barədə düşünməliyik və belə də edirik.
- Çempionatda komanda sayının azlığı "Qarabağ”ın avrokubok oyunlarına necə təsir edə bilər?
- Əlbəttə, biz də 10 komandanın olmasını istərdik. Eşitdiyimə və bildiyimə görə, bu istiqamətdə işlər gedir. Çempionat artıq geridə qaldı. Maraqlı idi. Deməzdim ki, yeganə rəqibimiz "Qəbələ" idi. Bir çox oyunda heç-heçə və məğlubiyyətlərimiz oldu. Çətin çempionluq qazandıq. Hamını təbrik edirəm.
- Sizcə, "Qarabağ” "Qəbələ"ni əsasən nədə üstələdi?
- İstək, əzimkarlıq ola bilər. Mən texniki məsələlərlə bağlı çox da fikir bildirmirəm. "Qarabağ” hamını üstələdisə, deməli, nələrisə bacardı. Meydanda, oyunda üstünlük ortaya qoyaraq, qalib olduq.
- "Qəbələ"nin mövsümü titulla başa vurmaq istəyi "Qarabağ"a psixoloji basqı baxımından necə təsir göstərə bilər?
- Biz mötivasiyamızı itirməsək, rahat oynamayacağıq. Rahat oynamaq üçün bir səbəb də yoxdur. Azərbaycan Kubok fərqli turnirdir və hələ ki, bu yarışı başa vurmamışıq. Uşaqlar əllərindən gələni edəcəklər. Nəticə qazanacağımıza inanırıq və Naxçıvana bunun üçün gedirik.
- Braziliyalı futbolçunuz Riçard Almeydanın Azərbaycan millisinin heyətində iyunun 10-da Şimali İrlandiyaya qarşı oyun üçün heyətə çağırılacağı təsdiqlənib?
- Biz fəxr edirik ki, belə bir futbolçumuz var və Almeyda Azərbaycan millisində oynayacaq. Açığı, hazırda məsələnin nə yerdə olmasından, oynayıb-oynamayacağından xəbərim yoxdur. İnanıram ki, Almeyda xeyir verəcək. Çünki milliyə faydalı olması bizə də faydalı olacağı anlamına gəlir. Ona uğurlar arzulayıram.