1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qriqorçuk qalır, onlar gedir
İsveçrəli Daniel Subotiçlə yollarını ayıran "Qəbələ” klubu daha 5 futbolçu ilə vidalaşa bilər.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, əyalət təmsilçisi legionerlər – braziliyalı müdafiəçi Rafael Santos, estoniyalı hücumçu Sergey Zenyov və yarımmüdafiəçi Rəşad Eyyubovun xidmətində maraqlı deyil. Həmçinin müdafiəçilər - braziliyalı Rikardinyo ilə Rasim Ramaldanovun da göndərilməsi gündəmdədir.
Qəbələ təmsilçisinin rəhbərliyi baş məşqçi Roman Qriqorçukla yeni müqavilə bağlayacaq. Ukraynalı mütəxəssislə daha bir mövsüm üçün razılıq əldə olunub.
Qeyd edək ki, "Qəbələ”nin gürcüstanlı futbolçusu Nika Kvekveskiri xarici klubların birindən təklif aldığı üçün Azərbaycan təmsilçisindən vaxt istəyib.