Azərbaycanı yenidən Çempionlar Liqasında təmsil edəcək "Qarabağ”ımızın II təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, yarışa II mərhələdən qoşulan 29 komandaya püşk zamanın I təsnifat mərhələsini uğurla adlayan 5 kollektiv də qoşulacaq. 34 komanda hərəsində 17 iştirakçı olmaqla iki səbətə bölünəcək. Səpələnmişlər sırasında yer alacaq "Qarabağ”ımız 12 klub və ya 4 cütlükdən biri ilə görüşəcək. Ermənistan klubunun yer aldığı I mərhələnin cütü isə komandamızla üz-üzə gələ bilməz.
Səpələnmişlər: "Seltik” (Şotlandiya), "Zalsburq” (Avstriya), "Kopenhagen” (Danimarka), "Lüdoqorets” (Bolqarıstan), BATE (Belarus), "Legiya” (Polşa), APOEL (Kipr), "Maribor” (Sloveniya), "QARABAĞ" (AZƏRBAYCAN), "Malmö” (İsveç), "Astana” (Qazaxıstan), "Partizan” (Serbiya), "Riyeka” (Xorvatiya), "Rusenborq” (Norveç),
"Şerif” (Moldova), "Hapoel” (Beyer Şeva, İsrail), "Hafnarfyordur” (İslandiya)
Səpələnməmişlər: "Jilina” (Slovakiya), "Jalgiris” (Litva), "Dandalk” (İrlandiya), "Vardar” (Makedoniya), "F91 Dudelanj” (Lüksemburq), "Kukesi” (Albaniya), "Zrinski” (Bosniya və Herseqovina), "Buduçnost” (Monteneqro), "Honved” (Macarıstan),
"Mariehamn” (Finlandiya), "Spartak” (Latviya), "Samtredia” (Gürcüstan) və I təsnifat mərhələsinin 5 qalibi
ÇL-ə I təsnifat mərhələsindən başlayacaq 10 komanda: TNS (Uels), "Linfild” (Şimali İrlandiya), "Vikinqur” (Farer adaları), "Hibernians” (Malta), "Santa-Koloma” (Andorra), "Alaşkert” (Ermənistan), "La Fiorita” (San-Marino), "Europa” (Cəbəllütariq), "İnfonet” (Estoniya), "Trepça” (Kosovo).
Qeyd edək ki, Çempionlar Liqasında I və II təsnifat mərhələsinin püşkü iyunun 19-da atılacaq. II təsnifat mərhələsinin ilk oyunları 11-12, cavab matçları isə 18-19 iyulda keçiriləcək.