
"Qəbələ" futbol komandası qapıçı David Petrjkeviçlə yollarını ayırıb.
Bu barədə Sportnet.az-a klubun baş meneceri Zaur Əzizov məlumat verib. Onun sözlərinə görə, polşalı qolkiperin başa çatan müqaviləsi uzadılmayıb. Əvəzində ötən mövsümü AZAL-da keçirən Aqil Məmmədovla 1 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, David Petrjkeviç "Qəbələ"nin ehtiyat qapıçısı idi. Əksər oyunlarda əsas heyətdə Dmitri Bezotosnı yer alır. Petrjkeviç "qırmızı-qaralar"ı tərk edən 9-cu oyunçu olub.