
"Zirə" klubu növbəti futbolçu transferini həyata keçirib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi David Manqa Lembe ilə 2 illik müqavilə bağlanılıb.
3 fevral 1989-cu ildə Fransanın paytaxtı Parisdə doğulmuş Manqa PSJ klubunun yetirməsidir. Onun son iş yeri İsrailin "Hapoel" (Kiryat-Şmona) klubu olub. Əvvəllər isə Manqa "Ayzenştadt" (Avstriya), "Münhen 1860" (Almaniya) və icarə əsasında "Hapoel" (Ramat-Qan) komandalarında çıxış edib. 28 yaşlı oyunçu Mərkəzi Afrika Respublikasının milli komandasına da 9 dəfə çağırılıb. O, həmin oyunlarda 2 qola imza atıb.
Qeyd edək ki, "Zirə" klubu 2017-2018 mövsümündə Azərbaycanı Avropa Liqasında təmsil edəcək.