
UEFA
Çempionlar Liqasının qrup mərhələsinin püşkündən əvvəl "səpələnmə” sistemini dəyişə
bilər. Sportnet.az-ın məlumatına görə,
yeni sistemə əsasən birinci səbətə sıralamada ilk yeddilikdə qərarlaşan ölkə
çempionları, həmçinin turnirin hazırki qalibi daxil ediləcək.
Qeyd
edilir ki, buna səbəb ölkə çempionlarının ikinci səbətdə yer almasının
qarşısını almaq üçündü. Yeni sistem növbəti mövsümdən etibarən həyata
keçirilməsi nəzərdə tutulur. Bundan öncə isə bu sistem UEFA İcraiyyə Komitəsi
tərəfindən təsdiq edilməlidir.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin iclası sentyabrın 18-i, Nyon şəhərində keçiriləcək.