Robert Prosineçki dəftərini qapatan Türkiyənin "Bursaspor" klubu baş məşqçi postuna yeni namizədləri müəyyənləşdirib. Sportnet.az-ın FutbolArena-ya istinadən məlumatına görə, bunlar Pol Le Quen və Yurgen Klinsmanndır.
"Timsahlar" üstünlüyü fransalı Le Quenə veriblər. 53 yaşlı mütəxəssisin 18 iyul 2016-cı ildə Nigeriya milli komandasını tərk etdikdən sonra işsizdir. 52 yaşlı Klinsmann isə 2016-cı il noyabrın 22-də ABŞ millisindən Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqtsla birgə qovulub.
Qeyd edək ki, AFFA Robert Prosineçkini ilin sonunadək müqaviləsi olduğu üçün "Bursaspor"a buraxmayıb.