
Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ” komandası bu gün növbəti yoxlama oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib Bolqarıstan çempionu "Ludoqorets” olub. Görüş "Ludoqorets"in qələbəsi ilə yekunlaşıb. "Qəbələ" hər hissədə bir qol buraxıb.
22 iyun
Yoxlama oyunu
21:00. "Qəbələ” – "Ludoqorets” - 0:2
Qollar: Joao Paulo, 37. Codi Lukoki, 73
"Qəbələ"nin start heyəti: Dmitri Bezotosnı, Ürfan Abbasov, Vojislav Stankoviç, Vitali Vernidub, İlqar Qurbanov, Elvin Camalov, Qismət Alıyev, Asif Məmmədov, Elvin Məmmədov, Filip Ozobiç, Baqali Dabo
Sonradan meydana girənlər: Desmond Asare Camalovu, Araz Abdullayev Dabonu, Xavyer Ernandes Qonzales Elvin Məmmədovu, Rasim Ramaldanov Abbasovu, Aqil Məmmədov Bezotosnını əvəzləyib.
Qeyd edək ki, "Qəbələ" əvvəlki yoxlama oyunlarında yalnız yerli "Fulpmes”i yenməyi bacarıb - 8:0. Qalan matçlarda "qırmızı-qaralar" Rusiya "Axmat"ına və Avstriya "Vakker"inə 0:1, Bolqarıstan MOİK-inə 0:2 hesabı ilə uduzub.