1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kiyev "Dinamo"sunun futbolçusu "Qalatasaray"da
Türkiyənin "Qalatasaray" klubu növbəti futbolçu transferini həyata keçirib.
Sportnet.az-ın məlumatına görə, Ukrayna "Dinamo"sundan alınan Yunes Belanda ilə 4 illik müqavilə bağlanılıb.
Bu keçid müqabilində Kiyev təmsilçisinə 8 milyon avro ödəniləcək. 27 yaşlı hücumameylli yarımmüdafiəçinin özü isə hər il 3,35 milyon avro əmək haqqı alacaq. Eyni zamanda daha 2 milyon avro bonus nəzərdə tutulub. "Qalatasaray” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacağı halda, 500 min avro, Avropa Liqasının qrupuna düşəcəyi təqdirdə isə 250 min avro bonus əldə edəcək. Üstəlik, mərakeşli yarımmüdafiəçi iştirak edəcəyi matçlarda "sarı-qırmızılar”ın qazanacaqları hər bir xal üçün 5 min avro mükafat götürəcək.
Qeyd edək ki, Mərakeş millisinin də üzvü olan Yunes Belhanda karyerasına 2007-ci ildə Fransa "Monpelye"sində başlayıb. O, "Dinamo"ya 2013-cü ildə keçib. Belhanda 2016-cı ilin yanvarında Almaniya "Şalke"sinə, həmin il avqustun 31-də isə Fransa "Nitsa"sına icarəyə verilib.