"Visla"(Plok) klubundan ayrılan Tomislav Boziçin Azərbaycanda oynamaq istəyi baş tutmayacaq. "Zirə" və "Neftçi"nin maraq dairəsində olmuş xorvatiyalıdan təmsilçilərimiz vaz keçib. Sportnet.az-a açıqlama verən yarımmüdafiəçi artıq bu klubların onu maraqlandırmadığını bildirib: "Bəli, "Zirə" və "Neftçi" mənimlə maraqlanırdı. Bir müddət əvvəl hətta hər iki klub təklif də göndərməli idi. Ancaq sonradan rəsmi təklif olmadı. Bu klublar mənim menecerimlə danışıq aparırdı. Sonda nə baş verdiyini anlamadım, heç bir yenilik olmadı. Hazırda mənim yeni komandam var, artıq "Zirə" və "Neftçi" məni maraqlandırmır. Artıq geridə qalmış mövzu haqda danışmağa dəyməz". Qeyd edək ki, Boziç Polşa birinci divizionunda mübarizə aparacaq "Miedz Leqniça" ilə müqavilə imzalayıb.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |