1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Robert Prosineçkinin də diqqətini çəkmək istəyərdim"
"Pobeda"ya yoxlanışa gəldim və üç gün ərzində məşqçilər korpusu məni bəyəndi. Müqavilə təklif edildi və mən də razılaşdım". Bu sözləri Sportnet.az-a açıqlamasında "Pobeda" ilə yeni müqavilə imzalayan Tural Hümbətov deyib.
Ötən mövsümü AZAL-da keçirən U-21 yığma komandamızın üzvü qarşıdakı bir ili Makedoniyada keçirəcək. Yüksək liqada çıxış edəcək "Pobeda" Turala böyük ümidlər bəsləyir. Hümbətov "Pobeda"ya getməklə milli komandamızın baş məşqçisi Robert Prosineçkinin də rəğbətini qazanmaq istədiyini bildirib:"Özüm üçün yeni səhifə açmışam. Ümidvaram ki, hər şey yaxşı alınacaq məndə. İnşallah hər şey yaxşı alınar. Robert Prosineçkinin də diqqətini çəkmək istəyərdim. "Pobeda"da işlərimin qaydasında getməsi üçün çalışacam".