1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kamran Quliyev: "Bu, böyük problemlər yaradır" - MÜSAHİBƏ
AFFA-nın Klublar Komitəsinin (KK) sədri və "Sumqayıt" klubunun prezidenti Kamran Quliyev qurumun bu gün baş tutan iclasından sonra brifinq keçirib. Sportnet.az həmin müsahibəni təqdim edir.
- Gündəlikdə duran məsələlər barədə hansı müzakirələr aparılıdı?
- İclas çox maraqlı keçdi, gündəlikdə 4 məsələ vardı. Əvvəlcə Premyer Liqa klublarından ikisinin – "Səbail” və "Kəpəz”in ev oyunlarını keçirdikləri stadionlarda təmir işləri getməsini danışdıq. Çıxış yolu kimi həmin komandaların rəqiblərini başqa stadionlarda qəbul etmələrinə dair fikir söylənildi. Yəqin ki, bu cür də olacaq.
- Yəni, həmin klublar ilk dövrədəki oyunları rəqiblərlər yerdəyişmə edərək, səfərdə keçirməyəcəklər?
- Böyük ehtimalla, yox. Başqa stadionlarda oynayacaqlar. Bu praktika əvvələr də olub. Kimin harada oynaycağını bilmirəm. Bu barədə təkliflər verilməyib. Klublar özləri çıxış yolu tapacaq.
- Gündəlikdə duran digər məsələ Premyer Liqa və ölkə kuboku uğrunda yarışlarda oyun protokoluna 23 futbolçunun daxil edilməsi idi...
- Klubların bu məsələ ilə bağlı mövqeyi belə idi ki, "23-lüy”ə iki nəfər 19 yaşadək futbolçular daxil edilsin. Bununla da onlar gələcək üçün hazırkı reqlamentə uyğunlaşacaqlar. Yəni, onlar hazırda meydanda olmalı olan 1 nəfər 1996-cı il doğumlu və daha gənc Azərbaycan vətəndaşını əvəzləyəcəklər.
- Bəs, U-19 liqasında formatın dəyişdirilməsi təklifi ilə bağlı nə deyə bilərsiniz?
- Bu təklifi AFFA verib. Məsələnin məğzi oyunlar zamanı UEFA-nın qoyduğu yaş limitinin tətbiq olunmasıdır. Bildiyiniz kimi, bu il U-19 liqasının qalibi "Qarabağ” klubu olub və komandanın heyətində 1998-ci il təvəllüdlü futbolçular çıxış edib. Halbuki UEFA Gənclər Liqasının yeni mövsümü üçün 1999-cu il təvəllüdlü futbolçular tələb olunur. Bu, böyük problemlər yaradır. Çünki bir il ərzində püxtələşmiş kollektivdə dəyişikliklər baş verir. Bu məsələ ilə bağlı klublar bir həftə ərzində təkliflərin verəcəklər. Bundan sonra AFFA ilə danışıqlarımız olacaq. Yəqin ki, ayın sonuna qədər real addım atılacaq. Gündəlikdə duran digər məsələ xarici ölkədə doğulan və xarici ölkənin vətəndaşı olan, etnik baxımdan Azərbaycana hər hansı bağlılığı olan (FİFA qaydalarına müvafiq) futbolçuların klublarımızda qeyr-legioner statusu ilə çıxış etməsi idi. Yəni, burda söhbət milli komandadan və ya vətəndaşlıqdan getmir. Xaricdə doğulan və ya ailəsi ilə sonradan xaricə köçən azərbaycanlıların legioner statusu daşımaması təklif olunur. Məsələn, İspaniyada ispan dilli ölkələrin futbolçular legioner sayılmır. Biz də reallığı bilirik. Ölkəyə dəvət olunan futbolçunun səviyyəsi yüksək olmalıdır ki, bu güzəşt ona tətbiq edilsin.
- Bu məsələnin bir az problemli olduğunu düşünmürsüz?
- FİFA-nın bəlli standartı var. Millidə çıxış etmək üçün bir neçə şərtlər mövcudur. Məsələn, yaxınlarda Azərbaycan yığmasına cəlb olunan Riçard Almeyda şərtlərin birinə əməl edib, 5 il ölkəmizdə yaşayıb. Həmçinin futbolçunun özü, valideyinləri, nənə və ya babası Azərbaycanda doğulubsa, bu, ona yığmada çıxış etmək imkanı yaradır. Biz də kiminsə saxta sənəd təqdim etməklə, legioner sayılmasını istəmirik. Bu hələlik niyyətdir. Belə olan halda biz Ramil Şeydayev kimi futbolçuları daha tez tapıb, yığmaya gətirə bilərik.