
Sportnet.az xəbər verir ki, Bakıda keçiriləcək “Red Bull Dance Your Style” tədbiri bu il də rəqs həvəskarlarını bir araya gətirəcək. Küçə rəqsi mədəniyyətinin müxtəlif üslublarını təmsil edən 16 rəqqas səhnədə fərdi çıxışlarla bacarığını nümayiş etdirəcək və batl formatında bir-biri ilə mübarizə aparacaq.
Yarışmanın əsas özəlliyi ondan ibarətdir ki, qalib ənənəvi münsiflər tərəfindən deyil, tamaşaçıların səsi ilə müəyyən olunur. İzləyicilər əllərindəki qırmızı və göy kartlar vasitəsilə bəyəndikləri iştirakçını növbəti mərhələyə çıxarırlar.
Tədbir Nar Mobile brendinin dəstəyi ilə təşkil olunacaq. Gecədə xüsusi qonaqlar – Orxan Zeynallı və Trino da səhnəyə çıxaraq birgə performans nümayiş etdirəcəklər.
Yarışmanın qalibi 6–11 oktyabr 2025-ci il tarixlərində ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək dünya finalında Azərbaycanı təmsil etmək imkanı əldə edəcək.
Qeyd edək ki, tədbirə giriş sərbəstdir.