1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şəhriyar Rəhimov: "Heç kim deyə bilməzdi ki, belə bir qol ola bilər" - MÜSAHİBƏ
Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində baş tutan "İnter" - "Kəpəz" oyunundan sonra qonaq komandanın kapitanı Şəhriyar Rəhimov brifinqdə iştirak edib. Sportnet.az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran futbolçu ilk öncə oyun haqqında fikirlərini bölüşüb:
- 1 xalımız olduğundan bizim üçün çox vacib oyun idi. Səfərdə oynamağımıza baxmayaraq, istəyirdik ki, xal və xallar qazanacaq. Əfsuslar olsun ki, bunu edə bilmədik. Ancaq pis çıxış etmədik. İkinci hissədə top demək olar ki, bizdə idi, "İnter" müdafiəyə çəkilərək, hesabı qorumağa çalışırdı. Oyunun əvvəlində iki standart vəziyyətdən vurulan top və bir uzaqdan vurulan qol bizim planlarımızı alt-üst etdi. Yaxşı ki, iki qol vurduq birinci hissədə, ancaq növbəti yarıda bunun davamını gətirə bilmədik. Məncə bu oyunda bərabərlik olsaydı, daha ədalətli nəticə alınardı.
- Kərim Diniyevin gözəl qolu sizə motivasiya verdi?
- Əlbəttə. Birinci hissənin sonlarında komandada ruh yüksəkliyi var idi. "İnter" tamamilə geri çəkilmişdi və biz də istəyirdik ki, daha bir qol vuraq. İlk hissənin tez bitməyi bizim ziyanımıza oldu. Oyun istər-istəməz sakitləşdi. Ancaq bu qol bizə böyük ruh yüksəkliyi verdi. Təəssüflər olsun ki, ikinci yarıda bundan faydalana bilmədik.
- Soyunub-geyinmə otağında baş məşqçi Şahin Diniyevlə nə danşırdınız?
- Şahin müəllim pis oynamadığımızı deyirdi. Bundan əvvəlki 3 oyunda çox zəif çıxış etmişdik. Bu görüşdə isə yaxşı təsir bağışladıq. Baş məşqçi də sona qədər vuruşduğumuz üçün bizə təşəkkür etdi. İkinci hissədə xeyli qol epizodlarımız oldu ancaq yararlana bilmədik. Yəni bu oyunumuza görə, Şahin müəllim bizi tənqid etmədi, əksinə təşəkkür etdi.
- Hazırda 1 xalınız var...
- Çempionat başlayanda fikirləşmirdik ki, son pillədə gedək. Bununla barışmaq istəmirdik və barışmayacağıq da. Qarşıdan "Qarabağ"la çətin oyun gəlir. Ancaq biz rəqibin adı və xalından asılı olmayaraq yaxşı nəticə əldə etmək istəyirik.
- Kərim Diniyevin vurduğu qol mövsümün ən yaxşısı seçilə bilər?
- Nadir hallarda belə qollar vurulur. Məncə o qolu indidən ilin ən yaxşısı seçsələr, daha ədalətli olar. Kərim mənə əvvəlki epizodlarda Orxan Sadıqlnın çox irəli çıxdığını dedi, və ötürmə verilən kimi topu dərhal qapıya yönəltdi.Yəni görərək vurub, kortəbii şəkildə yox.
- Bu qoldan sonra siz də öz qaıçınıza məsləhət gördünüzmü ki, irəli çıxmasın, rəqib də bunun əksini edə bilər?
- Davud Orxana nisbətən daha təcrübəli qapıçıdır. Ancaq oyundan əvvəl heç kim deyə bilməzdi ki, belə bir qol ola bilər. Qapıçımızın indiyə kimi belə səhvi olmayıb və bundan sonra da ümid edirəm ki, olmayacaq.
- Ev oyunlarınızı artıq Yevlaxda yox, Gəncədə keçirəcəksiniz. Stadion oktyabr ayına hazır olacaq...
- Bəli, məlumatım var. Bu oyunda "İnter" bizi qəbul etməyə razılaşdı. Növbəti oyunun necə və harada olacağını rəhbərlik daha yaxşı bilər. Danışıqlardan asılıdır.
- Yevlaxdakı stadionda ot örtüyü pis vəziyyətdədir. Elə şəraitdənsə səfərdə oynamaq daha yaxşıdır?
- Əlbəttə. Biz keçən dəfə "Zirə" ilə görüşü Yevlaxda oynamaq istəmirdik. Sadəcə əlacsızlıqdan orada oynadıq. Bizim istəyimizdən asılı olsaydı, necə ki, indi "İnter"lə onların meydançasında oynadıq, həmin oyunu da danışıb onların stadionunda keçirilməsi daha məqsədə uyğun sayardım.
-