Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.
Spoetnet.az xəbər verir ki, həftənin son oyun günündə "Sumqayıt" "Kapital Bank Arena"da "Neftçi"ni qəbul edib.
Görüşdə hesabı meydan sahibləri açıb. Amil Yunanov ilk hissədə penaltidən fərqlənib. Bu qol oyunda yeganə olub və xalını 6-ya çatdıran "Sumqayıt" 5-ci pillədə qalıb. "Neftçi" isə 1 xalla 7-ci sıradadır.
Qeyd edək ki, ilk oyun günündə "İnter" "Kəpəz" 3:2 hesabı ilə məğlub edib. "Qəbələ" isə "Zirə" ilə bərabərə qalıb - 1:1. Bu tur çərçivəsində keçirilməsi planlaşdırılan "Səbail" - "Qarabağ" görüşü isə Ağdam təmsilçisinin müraciəti əsasında ertələnib.
10 sentyabr
Azərbaycan Premyer Liqası, IV tur
19:00."Sumqayıt” - "Neftçi” 1:0
Qol: Amil Yunanov, 25-penalti ilə
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Cəmil Quliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
"Kapital Bank Arena”