"Səbail” klubu heyətinə daha bir futbolçu cəlb edib.
Sportnet.az-ın məlumatına görə, paytaxt komandası rumıniyalı futbolçu Aleksandru Popoviçi heyətinə qatıb. Son klubu "Poli Timişoara” olan hücumçu azad agent kimi transfer olunub. 29 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.








































































