Futbol üzrə Topaz Premyer Liqasında VII tura start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib. Əvvəlcə "İnter" "Neftçi"ni qəbul edib. Görüş qonaqların qonaqların qələbəsi ilə başa çatıb 2:0. "Ağ-qaralar" cari mövsümdə ilk 3 xallarını qazanıblar.
Qəbələdə isə sürpriz nəticə qeydə alınıb. Sonuncu pillədə qərarlaşan "Kəpəz" də cari çempionatda ilk qələbəsini əldə edib - 2:0.
Topaz Premyer Liqası
VII tur29 sentyabr (cümə)
16:00. "İnter” – "Neftçi” - 0:2
Qolarl: Derlis Meza Kolli, 60. Rəhman Hacıyev, 72
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Namiq Hüseynov, Əliyar AğayevAFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Əli Hüseynov
"İnter Arena”
18:30. "Qəbələ” – "Kəpəz” 0:2
Qollar: Kərim Diniyev, 48, İlkin Sadıqov, 58
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, İsgəndər Əliyev, Rəvan HəmzəzadəAFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu.









































































