1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Hər futbolçumuz iki oyunda şans qazanacaq"
"Ağır oyun oldu. Topa istədiyimiz kimi sahib ola bilmirdik. Oyunun sonuna kimi mübarizə apardıq. Rəqib son ana kimi bizə rahat hərəkət etməyə imkan vermədi. Heyətdə çox dəyişiklik etmişdim. Bu oyunçular bir yerdə az çıxış ediblər. Ancaq oyunçularımızdan razı qaldım. Ayxan Abbasova və komandasına gələcək oyunlarda uğurlar arzulayıram".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VII tur matçından sonra mətbuat konfransında deyib. 45 yaşlı mütəxəssis bildirib ki, heyətdə çoxlu dəyişiklik etdiyi üçün oyunçular arasında anlaşma yaxşı olmayıb: "Həm də, bu, rəqibin də oyunu ilə bağlı idi. Yəni hər iki amil oyunumuza təsir etdi. Sadəcə, bu il heyətdə yetərincə oyunçumuz var. Ötən il keçirdiyimiz oyunlarda da zəif təsir bağışlamamışdıq. Ola bilsin, bu il daha hazırlıqlıyıq".
Qurbanov milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranacaq fasilə zamanı 8-9 futbolçu ilə qalacaqlarını, amma artıq belə halın yeni olmadığını vurğulayıb: "Bu, həmişə olur. Əlimizdə 8-9 futbolçu qalacaq. Hər oyunçumuz iki qarşılaşmada şans qazanacaq. Yəni, normal haldır".
Baş məşqçi ilk hissədə zədələnərək, meydanı yarımçıq tərk edən Yakub Jezniçakın durumuna sabah aydınlıq gələcəyini də əlavə edib.