
Azərbaycanda futbol üzrə yeni kubokun təsis edilməsi planlaşdırılır. Sportnet.az xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.
Federasiya rəsmisi deyib ki, yarışda Premyer Liqa və I divizion klubları iştirak edə biləcəklər.
Qeyd edək ki, hazırda Peşəkar Futbol Liqasının bayrağı altında 4 turnir keçirilir. Bunlar Premyer Liqa, Azərbaycan Kuboku, əvəzedicilərin çempionatı və I diviziondur.