1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tərlan Əhmədov: "Futbolun yazılmayan qanunları da var" - MÜSAHİBƏ
"Neftçi”nin baş məşqçisi Tərlan Əhmədovun "Qəbələ” ilə yoxlama matçından sonra jurnalistlərin suallarını cavablandrıb. Sportnet.az-ın məlumatına görə, 46 yaşlı mütəxəssis əvvəlcə 1:2 hesabı ilə uduzduqları oyunu dəyərləndirib...
- Adi yoxlama görüşü idi. Çempionatda yaranan fasilədən istifadə edib futbolçuların hazırlıq səviyyəsini yoxlamaq istəyirdik. Emin Mahmudov bizə təzə qoşulub, Elnur Cəfərov zədədən qayıdıb, Mirabdula Abbasov, Matey Mujek kimi uzun müddət oynamayan futbolçulara da şans verdim. Bundan başqa, əvəzedici heyətdən və U-19 komandamızdan da əsas komandaya bəzi futbolçuları cəlb etmişdim, onları da yoxladım. Açığı, oyundan mənmun qaldım. Nəticə önəmli deyildi. Əsas heyətimizin 5 futbolçusu milli komandaların düşərgəsindədir. Buna baxmayaraq komanda pis oynamadı. Ən əsası, mənim istədiyim odur ki, komandam top saxlasın, hücum futbolu oynasın. Buraxdığımız qollarda bəzi səhvlər var idi ki, onların da üzərində işləyəcəyik.
- Siz gələndən sonra komandada olan artım tempindən razısınız?
- Əsas heyətin bütün futbolçuları olsaydı, daha yaxşı olardı. Qeyd edim ki, Derlis Meza Kolliyə də bugünlük istirahət vermişdim. Buna baxmayaraq, bu gün meydançaya çıxan futbolçular da göstərdilər ki, qorxaq futbol oynamırlar. Futbolçularda qalib gəlmək istəyi var. Düzdür, hücum futbolu oynayanda müdafiədə boşluqlar yaranır. Amma bu, məni narahat etmir. "İnter”lə son oyunumuz da göstərdi ki, müdafiədə səhv buraxmayanda qələbə qazana bilirik.
- Belə istəkli futbol iki qırmızı vərəqəyə gətirib çıxardı. Bu məqam sizi narahat etmir?
- Yox, narahat etmir (gülür). Futbolun yazılmayan qanunları da var. Bilmirsən hansı dəqiqədə nə baş verəcək. Futbolçular qırmızı vərəqə alsalar da, onların əzmkarlığı, istəyi məni sevindirdi. Yəni, yoxlama görüşü olsa da, futbolçularımız qələbə qazanmaq istəyirdilər. Buna görə də qırmızı vərəqələrə o qədər də önəm vermədim.
- Rəşad Əzizlinin durumu nə yerdədir?
- Zədəsi o qədər də ciddi deyil. Həkimin dediyinə görə, əzələ ağrısıdır. O da ayağı dirəyə dəydiyi üçün yaranıb. Yəqin ki, sabahdan məşqlərə davam edəcək.