1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin 3 mərkəz müdafiəçisi sıradan çıxdı
Bu gün səfərdə "Sumqayıt"la keçirəcəyi Topaz Premyer Liqasının VIII tur matçı ərəfəsində "Qəbələ" klubu 3 mərkəz müdafiəçisinin xidmətindən məhrum olub.
Klubdan Sportnet.az-a verilən məlumata görə, bunlar Vitali Vernidub, Voyislav Stankoviç və Deyv Bultuisdir. Vernidub son məşqlərdən birində zədələnib. Tibbi müayinə nəticəsində ukraynalı oyunçunun ayaq sümüyündə qırıq aşkarlanıb. O, yalnız 15 gündən sonra məşqlərə başlaya biləcək.
Serbiyalı Voyislav Stankoviç ötən tur "Kəpəz"lə oyun zamanı xəsarət alıb və 34-cü dəqiqədə yerini Bultuisə verib. Lakin hollandiyalı müdafiəçi də "Neftçi" ilə yoxlama matçında arxa əzələlərindən ağrılar hiss etdiyi üçün meydanı tərk etməli olub.
Bu oyunçularla yanaşı, İlqar Qurbanovla Filip Ozobiç də zədəlidir. Beləliklə, "Qəbələ" bugünkü görüşə 5 aparıcı futbolçu itkisi ilə çıxacaq. Mərkəz müdafiəçilərinin yoxluğunda baş məşqçi Roman Qriqorçukun bu mövqedə Rasim Ramaldanovla Ürfan Abbasova şans verəcəyi gözlənilir.
Qeyd edək ki, Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək oyun saat 18:00-da başlanacaq.