1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Robert Prosineçki: "Avstriyada da mənimlə maraqlanırlar"
"Mən də sizin qədər məlumatlıyam. Bu da yalnız KİV-də dərc olunmuş xəbərlərdən ibarətdir. Eşitmişəm ki, Sloveniya və Avstriyada mənimlə maraqlanırlar. Amma Bosniya və Herseqovinadan heç kim mənimlə əlaqə saxlamayıb".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki deyib. Xorvatiyalı mütəxəssis Bosniya və Herseqovina Futbol İttifaqı (BHFİ) ilə danışıqlara hazır olduğunu bildirib. Lakin o, əvvəlcə AFFA ilə danışıqları yekunlaşdırmasının vacibliyini dilə gətirib: "Bir neçə gündən sonra Azərbaycanda olacağam. Yerli futbol assosiasiyası ilə məsələni həll etməliyəm. Bu, yekunlaşdıqdan sonra hamı, o cümlədən, BHFİ ilə danışıqlara hazıram. Bu işlə ciddi məşğul olacağam. Fikrimcə, öz bacarığımı ortaya qoymağa qadirəm".
Bir neçə gün öncə BHFİ-nin prezidenti İvitsa Osim bildirib ki, Bosniya və Herseqovina yığmasında Prosineçkinin baş məşqçi olması düzgün seçim olardı. Xorvatiyalı mütəxəssis isə deyib: "Hamımız Osimin kim olduğunu bilirik. O, mənim də baş məşqçim olub. Belə bir mütəxəssisin mənim barədə fikir səsləndirməsi böyük şərəfdir".
Qeyd edək ki, Robert Prosineçkinin AFFA ilə müqaviləsi dekabrın 6-da başa çatacaq.