"Artıq ikinci oyundur ki, komandamız çox super oyunayır. Bu görüş "Qəbələ” ilə ötən turdakı matçın davamı idi. Təəssüf ki, "Qəbələ”ni ələn buraxdıq, uda bilmədik”.
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının IX turunda evdə "Zirə” üzərində 2:1 hesablı qələbəni şərh edərkən deyib.
39 yaşlı mütəxəssis eyni tempdə oynadıqarı üçün futbolçulara təşəkkür edib: "Hesabda geri düşdük, lakin oyunda dönüş etməyi bacardıq. İkinci hissədə daha aqressiv və ağılı oynadıq. Bu tempdə davam etməliyik, borcumuzudur. Bizdən geridə olanlar yaxınlaşır. Bu qatardan geri qalsaq, sonra başımız ağrıyar. Bu gün həddindən artıq istəkliydik və qalib gldik.
S.Abbasov hazırda transfer barədə düşünmədiklərini söyləyib. O, əllərindəki futbolçularla öz oyun tərzlərini formalaşdırmağa çalışdıqlarınə söyləyib: "Transfer barədə fasiləyə yaxın düşünəcəyik. Deməzdim ki, böyük boşluqlar var. Komandaya güc qatmaq baxımdan yeni oyunçular lazımdır.Amil Yunanovla rəqabət apara biləcək oyunçu da götürəcəyik. Klub yaranandan bir strategiası var – yerli futbolçularla oynamaq. Bunu da dava etdirələr. Rəhbərlik bu cür istəyib. Onlar da inanırlar ki, məşqçilər bu işin öhdəsindən gələcəklər”.