1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Neftçi”nin 3,5 il gözlədiyi seriya
Topaz Premyer Liqasının IX turu "Neftçi”nin ardıcıl 3-cü qələbəsi ilə əlamətdar olub.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bunadək "İnter”i 2:0, "Səbail”i 4:0 hesabı ilə məğlub edən Tərlan Əhmədovun yetirmələri Gəncə səfərində "Kəpəz”i də qol buraxmadan üstələyib – 1:0.
"Ağ-qaralar”ın ardıcıl 3 qarşılaşmada 9 xal qazanması isə son illərdə nadir təsadüf olunan hadisədir. Bakılılar belə qələbə seriyasına sonuncu dəfə 2015/16 mövsümündə imza atıb. 2016-cı ilin mayında "Neftçi” AZAL (3:1), "Kəpəz” (2:1) və "İnter”i (4:2) məğlub etmişdi. Lakin həmin vaxt "Neftçi” hər üç matçda qol buraxmışdı. Paytaxt təmsilçisinin ən azı üç qarşılaşmada quru hesabla qalib gəlməsi isə sonuncu dəfə 2014-cü ilin mart və aprel aylarına – təxminən 3 il yarım öncəyə təsadüf edib. Həmin vaxt ardıcıl 5 dəfə qalib gələn "ağ-qaralar” bunların üçündə - "Rəvan”, "Xəzər Lənkəran” və "Bakı”nı qol buraxmadan udmuşdu. Ardıcıl üç görüşdə 1:0 hesabı qeydə alınmışdı.