
İspaniya "Real Madrid"inin baş məşqçisi Zinəddin Zidan tarixi nailiyyətə imza atıb. Sportnet.az-ın məlumatına görə, fransalı ulduz oyunçu kimi "Qızıl top" aldıqdan sonra FİFA versiyası üzrə ən yaxşı məşqçi də sayılıb.
Zidan "Qızıl top"u 1998-ci ildə qazanmışdı. Ən yaxşı məşqçi adına isə o, İngiltərənin paytaxtı Londonda təşkil olunmuş "The Best" mərasimində layiq görülüb. "Kral klubu"nun baş məşqçisi "Yuventus"dan Massimiliano Alleqrini və "Çelsi"dən Antonio Konteni üstələyib.