
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin çıxış etdiyi "Mlada Boleslav" Çexiya kubokunun 1/8 final mərhələsində səfərdə "Domazlise" ilə qarşılaşıb.
Sportnet.az-ın məlumatına görə Kamran start heyətdə çıxıb və 90 dəqiqə meydanda olub. Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Mlada Boleslav" klubu Çexiya liqasında 11 xalla 11-ci pillədə qərarlaşıb.