"Atletiko" komandası İspaniya kubokunda 1/16 final mərhələsinin ilk oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, madridlilər səfərdə Sequnda təmsilçisi "Elçe" ilə üz-üzə gəlib.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Atletiko"nun qolunu 17-ci dəqiqədə Tomas Partey vurub. Cavab görüşü noyabrın 29-da keçiriləcək.
Qeyd edək ki, "Atletiko" Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqiblərindəndir. Bu komandalar arasında Bakıda keçirilmiş görüş qolsuz tamamlanıb. Madriddəki qarşılaşma oktyabrın 31-də olacaq.