"Qarabağ” Topaz Premyer Liqasının X turunda "Səbail” ilə görüş zamanı ciddi itki ilə üzləşib.
Sportnet.az xəbər verir ki, Ağdam komandasının yarımmüdafiəçisi Pedro Enrike diz nahiyəsdinən ciddi zədə alıb. Brazliyalı futbolçu 26-cı dəqiqədə Dani Kintana ilə əvəzlənib.
Qeyd edək ki, matçdan əvvəl baş tutan məşq zamanı Yakub Jezniçak əzələsini dartdığı üçün heyətdən çıxarılıb. Həmçinin Tarik Elyunissi zədə səbəbi ilə "18-lik"də yer almayıb.