1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dani Kintana: "Penalti var idi" - MÜSAHİBƏ
"Çətin oyun olacağını bilirdik. Üstəlik, Ansi Aqolli qırmızı vərəqə aldıqdan sonra bizə bir az da çətin oldu. Bununla belə, layiqli qələbə qazandıq. Amma bəzi epizodlarda referi oyuna müdaxilə etdi. Oyunun taleyini daha əvvəldən həll edə bilərdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Dani Kintana evdə "Səbail"i 1:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının X tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. İspaniyalı yarımmüdafiəçi jurnalistlərin digər suallarını da cavablandırıb...
- Hazırkı durumunu necə dəyərləndirirsən?
- İlk dəfədir ki, 25 dəqiqədən artıq oynayırdım. Amma hələ optimal formamı yığmağa çox var. Mən məşqlərdə çalışıram. Amma yekun qərarı verən Qurban Qurbanovdur.
- "Atletiko" ilə oyuna hazırsan?
- Bu, baş məşqçinin qərarından asılıdır. Mən isə hər zaman komandaya kömək etməyə hazıram.
- Meydanda sanki sərt hərəkətlərdən qorxurdun. Həm də hətta yüngül müdaxilələrdən sonra da rəqibə sərt reaksiya verirdin...
- Ola bilsin, nə vaxtsa belə olub. Amma hadisələrin episentrindəki şəxs kimi deyə bilərəm ki, bu gün elə epizod olmayıb. Mən ikili mübarizələrdən çəkinməmişəm, qorxum olmayıb. Amma istənilən ağır zədədən sonra qorxunun olması normal prosesdir.
- Səninlə bağlı epizodda penalti var idimi?
- Təkrarı görmədim. Amma mənə toxundular. Fikrimcə, penalti var idi.
- İspaniyalı futbolçu kimi "Atletiko"ya qarşı oynamaq sənin üçün nə deməkdir?
- Çempionlar Liqasında istənilən komandaya qarşı oynamaq önəmlidir. Təbii ki, ispaniyalı kimi öz həmyerlilərimizə qarşı xüsusi hisslə çıxış edəcəyəm. Üstəlik, ailə üzvlərim də stadionda olacaqlar. Bu amil görüşün önəmini daha da artırır.