
Topaz Premyer Liqasının XI turunun oyun cədvəli açıqlanıb.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmis saytına istinadən xəbər verir ki, həftənin matçları 2 günü əhatə edəcək və bütün görüşləri "CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Turun açılış oyunu Qəbələdə, son qarşılaşma isə Zirədə baş tutacaq.
Topaz Premyer Liqası
XI tur
4 noyabr (şənbə)
16:00. "Qəbələ” – "Səbail”
Qəbələ şəhər stadionu
18:00. "Sumqayıt” - "Keşlə”
Kapital Bank Arena
5 noyabr (bazar)
15:00. "Kəpəz” – "Qarabağ”
Gəncə şəhər stadionu
17:00. "Zirə” – "Neftçi”
Zirə İdman Kompleksinin stadionu