1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Rövnəq Abdullayev: "Qurban Qurbanovla müqavilə ən azı 6 illik olacaq" - YENİLƏNDİ
AFFA prezidenti Rövnəq Abdullayev qurumun İcraiyyə Komitəsinin iclasından sonra Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanovla birgə brifinq keçirib.
Sportnet.az xəbər verir ki, R.Abdullayev əvvəlcə yeni baş məşqçinin təyinatı məsələsinə toxunub, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
"İclas başa çatdı. Yekdil qərarla Qurban Qurbanov baş məqşçi təyin olundu. Onu təbrik edir və uğurlar arzulayıram", - deyə AFFA prezidenti vurğulayıb.
O qeyd edib ki, Q.Qurbanov "Qarabağ" klubunun baş məşğçisi postunda və İcraiyyə Komitəsinin üzvü kimi də fəaliyyət göstərəcək: "İcraiyyə Komitəsinin üzvləri Qurban Qurbanovun "Qarabağ" klubunun baş məşqçisi vəzifəsində qalmasını da yekdilliklə dəstəklədilər".
AFFA prezidentinin sözlərinə görə, Q.Qurbanovla müqavilə 6 illik olacaq: "Xarici baş məşqçilərlə adətən 2 illik müqavilə imzalayırdıq. Yeni baş məşqçi ilə 3 tsikılı əhatə edən 6 illik müqavilə imzalamışıq. Bu böyük bir hazırlıq prosesidir. Biz düşünür ki, bir sistem qurulmalıdır. Premyer Liqanın bütün futbolçuları bir mərkəzdən, AFFA tərəfindən hazırlıq keçsin".
Müqavilənin şərtlərinə gəlincə, R.Abdullayev deyib: "Müqavilənin şərti Vətənə qulluq etməkdir".
AFFA prezidenti bildirib ki, millinin yeni baş məşqçisi ölkə çempionatında çıxış edən klublarla sıx işləyəcək: "Millinin baza komandası isə "Qarabağ" olacaq".