Gəncə şəhər stadionunun ot örtüyü "Neftçi" ilə matçda olduğu kimi "Qarabağ"la Topaz Premyer Liqasının XI tur matçına da hazırdır.
Sportnet.az-ın Gəncədə olan əməkdaşının məlumatına görə, arenanın qazonu yenə yaxşı vəziyyətdədir. Stadionun ətrafı və daxilinə təhlükəsizlik xidməti əməkdaşları cəlb olunub. Matçın başlamasına az qalsa da, hələ də futbolsevərlər stadiona gəlməkdədir. "Neftçi" ilə matçda olduğu kimi azarkeşlərdən biri jurnalist oturacağının üstünə çıxıb.
Qeyd edək ki, "Kəpəz" - "Qarabağ" matçı saat 15:00-da başlayacaq