Amil Yunanov "Sumqayıt”ın heyətində ən çox qol vuran futbolçu ünvanına sahib çıxıb.
Sportnet.az xəbər verir ki, 24 yaşlı forvard buna Topaz Premyer Liqasının XI turu çərçivəsində "Keşlə" oyun zamanı komandasının ikinci qolunu vurmaqla nail olub (3:1). Cari mövsümdə Premyer Liqada 5-ci dəfə fərqlənən "9 nömrə" "Sumqayıt”ın heyətində 60-cı oyununda 23-cü qoluna imza ataraq, Pərdis Fərcad-Azadı (22 qol) geridə qoyub.
Qeyd edək ki, 2015/2016 mövsümündən "Sumqayıt"ın şərəfini qoruyan Yunanov həmin mövsümdə 12, 2016/2017 mövsümündə isə 6 qola imza atıb.









































































