ABŞ-nın "Nyu-York Siti" klubunda çıxış edən Andrea Pirlo karyerasını başa vurub.
Sportnet.az-ın məlumatına görə, ABŞ çempionatının pley-off mərhələsində "Kolambus”u 2:0 hesabı ilə məğlub etdikləri oyun futbolçunun son matçı olub. Komanda birinci görüşdə 4:1 uduzduğuna görə mərhələ adlaya bilməyib.
"Milan" forması ilə 400 matçda iştirak edən Pirlo 41 qol vurub və 38 məhsuldar ötürmə edib. "İnter"də bir mövsüm forma geyinən yarımmüdafiəçi "Yuventus" forması ilə 19 qol və 38 məhsuldar ötürmə ilə 57 qolda iştirak edib. İtaliya milli komandası ilə 116 oyuna çıxan kapitan 13 qola imza atıb.