Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının Avropa çempionatının seçmə qrup mərhələsində Kosovaya qarşı keçirəcəyi oyun canlı yayımlanacaq.
Sportnet.az xəbər verir ki, noyabrın 14-də "Dalğa Arena”da keçiriləcək görüşü "CBC Sport” televiziya kanalında canlı təqdim edəcək.
Qarşılaşma saat 18:00-da başlayacaq.








































































