
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Kosova ilə keçirdiyi 2019-cu il Avropa çempionatının seçmə qrup matçını Qurban Qurbanov da izləyir.
Sportnet.az-ın məlumatına görə, əsas millimizin yeni baş məşqçisi Qurban Qurbanov "Dalğa Arena"dakı oyunda fəxri tribunada yer alıb. O, "Qarabağ”da köməkçisi olan Elçin Rəhmanov və AFFA-nın baş katibi Elxan Məmmədovla birlikdədir. Qurbanov yığmamızın Almaniyaya evdə 0:7 hesabı ilə məğlub olduğu oyuna da "Dalğa Arena"da baxıb.
Qeyd edək ki, hazırda davam edən qarşılaşmada hesab açılmayıb.