
"Neftçi"nin futbolçuları Anton Krivotsyuk və Elnur Cəfərov Azərbaycan yığmasının heyətində Kosova millisi ilə qolsuz heç-heçə etdikləri 2019-cu il Avropa çempionatının seçmə qrup matçından sonra mətbuatla ünsiyyətdən imtina ediblər.
Sportnet.az-ın məlumatına görə, Cəfərov bunu jurnalistlərə danışmağa qadağa qoyulması ilə əlaqələndiriblər. Lakin o, qadağanın klub, yoxsa yığma rəhbərliyi tərəfindən gəldiyini açıqlamayıb. Krivotsyuk isə müsahibə istəyinə etinasız yanaşıb.
Qeyd edək ki, Elnur Cəfərov son günlər qalmaqallı davranışları ilə yadda qalıb. Anton Krivotsyuk isə Kosova ilə görüşün 87-ci dəqiqəsində qırmızı vərəqə alıb.