21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü İlyas Səfərzadə Kosova ilə qolsuz heç-heçə etdikləri 2019-cu il Avropa çempionatının seçmə qrup matçından sonra fikirlərini bölüşüb.
Sportnet.az-ın məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi qarşılaşmanın çətin keçdiyini söyləyib. O, komandasının 2 xal itirdiyini açıqlayıb: "Evdə oynayırdıq. Komanda Almaniyaya qarşı da can-başla oynamağa çalışdı. Tez qol buraxdığımıza görə həmin oyunda pis nəticə əldə etdik. Bu gün də yaxşı nəticə əldə edə bilmədik. Kosova ilə qarşılaşmada meydana qələbə üçün çıxmışdıq. Təəssüf ki, 1 xalla kifayətləndik. Qrupda sonuncu yerdə qərarlaşmışıq. Bu, Azərbaycan millisi üçün layiqli yer deyil. Gələcəkdə əlimizdən gələni edəcəyik ki, yüksəklərə qalxaq".
Qeyd edək ki, Azərbaycan - Kosova matçı qolsuz yekunlaşıb - 0:0.