
"Ozobiçlə müqaviləsinin uzadılmasına dair şifahi söhbətimiz olub. O da komandamızda qalmağa razılıq verib".
Bunu Sportnet.az-a açıqlamasında "Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı Filip Ozobiçin son açıqlamalarını şərh edərkən deyib. O bildirib ki, xorvatiyalı yarımmüdafiəçi ilə yeni müqavilə üçün indidən hərtərəfli danışıqların aparılması tez olardı.
Səfiyarlı Ozobiçə Azərbaycan vətəndaşlığının verilmə ehtimallarına isə inanmadığını söyləyib: "Vətəndaşlıq verilsəydi, Robert Prosineçki burada olduğu vaxt alardı".
Qeyd edək ki, Filip Ozobiç "Qəbələ"yə 2016-cı ilin yayında keçib.