1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Çelsi" 1,1 milyard avroya stadion tikir
İngiltərənin "Çelsi" klubunun yeni stadionu Avropada ən bahalı arena ola bilər. Sportnet.az "The Times" nəşrinə istinadən xəbər verir ki, "zadəganlar" Londonda 60 min nəfərlik idman qurğusunun inşasına 1 milyard funt sterlinqdən (1,11 milyard avro) çox vəsait sərf edəcəklər.
Əvvəllər bu məbləğin smeta dəyərinin 500 - 550 milyon funt (560 milyon avro) olacağı bildirilirdi. Lakin yekun layihənin təsdiqlənməsindən sonra stadionun tikintisinin bir neçə dəfə baha başa gələcəyi müəyyənləşib.
Hələlik ən bahalı arenalar ABŞ-da yerləşir. Bunlar Nyu-Cersidəki "Metlayf Stadium" və Atlantadakı "Mersedes-Bens Stadium"dur. Hər iki arena amerikan futbolu üçün nəzərdə tutulub və 1,3 milyard avroya başa gəlib.
Yeni stadionda ilk görüşün 2024-2025 mövsümündə təşkili nəzərdə tutulub.
Qeyd edək ki, "Çelsi" Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindəndir. Bu komandalar noyabrın 22-də Bakıda üz-üzə gələcəklər.