1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ayxan Abbasov: "Rəqiblər artıq bizi yaxşı analiz edirlər"
"Bizim üçün vacib qələbə idi. İki ardıcıl qələbədən sonra komandanı bu oyuna hazırlamaq asan deyildi. Amma futbolçular yaxşı köklənmişdilər. Rəqibin turnir cədvəlində vəziyyəti yaxşı olmasa da, onlarla oyun həmişə çətin olur. "Keşlə”ni yaxşı analiz etmişdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov səfərdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- 13 günlük fasilənin komandaya təsiri necə oldu?
- Fasilənin komandaya xeyri də oldu, ziyanı da. Məncə, bizim komandaya xeyri daha çox oldu. "Neftçi” və "Qəbələ” ilə oyunlardan sonra komandaya istirahət lazım idi.
- "Zirə” sanki mövsümün əvvəli ilə müqayisədə daha zəif təsir bağışlayır...
- Komandanın oyununda geriləmə yoxdur. Sadəcə, rəqiblər artıq bizi yaxşı analiz edir. Həm də mövsümün əvvəlində biz çempionata daha yaxşı hazırlaşmışdıq.
- Yayda fiziki yüklənməni avrokuboklara uyğun keçmişdiniz, yoxsa çempionat oyunlarını da düşünmüşdünüz?
- Həmin vaxt da demişdim ki, biz təkcə Avroliqanı yox, çempionata haızrlığı da düşünmüşdük. Bunun da nəticəsində hələ də yüksək pillələrdə qərarlaşmışıq.
- Qarşıda "Qarabağ”la oyun var...
- "Qarabağ” Azərbaycan futbolunun brendidir. İlk dövrənin oyununda futbolçularım sübut etdilər ki, bu komandaya qarşı oynamaq mümkündür. "Qarabağ”ın hətta ehtiyat oyunçuları da digər komandalarda lider ola bilərlər. "Bizi çətin oyun gözləyir. "Qarabağ"la görüşə yaxşı hazırlaşmağa çalışacağıq. Öz meydanımızda oynayacağıq. Çalışacağıq ki, bu üstünlükdən yararlanaq.
- Təmkin Xəlilzadənin əvəzlənməsinə səbəb nə idi?
- O, bu gün verilən tapşırqları yerinə yetirdi. Ancaq ikinci hissədə rəqib uzun toplardan çox istifadə edirdi. Buna görə daha təcrübəli Aleksandr Şemonayevi meydana buraxdım. Həm də Təmkin bir qədər yorulmuşdu.
- Xəlilzadəyə daha çox yarımmüdafiə, yoxsa müdafiədə şans verməyə üstünlük verirsiniz?
- Bu, rəqibin kimliyindən asılı olaraq dəyişir. Özü daha çox yarımmüdafiədə oynamaq istəyir. Ancaq həm müdafiədə, həm də yarımmüdafiədə yaxşı təsir bağışlayır. Ümid edirəm ki, gələcəkdə yığmaya çox xeyri dəyəcək.