
"Kəpəz" komandasının baş məşqçisi Şahin Diniyev istefa verib. Sportnet.az-ın məlumatına görə, bu barədə Gəncə şəhər stadionunda "Səbail"lə oyunu şərh edən CBC Sport-un əməkdaşı Elnur Məmmədli şəxsi facebook səhifəsində yazıb.
Diniyev qərarını "Səbail"ə 2:3 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında açıqlayıb.