"Qol epizodlarından yararlana bilmədiyimiz üçün xal itirdik. Hava şəraiti bəhanə olmaz. Hər iki komanda eyni şərtlər altında çıxış etdi”.
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt”ın futbolçusu Rail Məlikov Topaz Premyer Liqasının XIII turunda "Səbail” ilə qolsuz heç-heçədən sonra deyib.
Təcrübəli müdafiəçi qol epizodlarını boş vermələrindən şikayətlənib: "Artıq neçənci oyundur ki, qol şanslarından istifadə etmirik. Məşqlərdə işləyirik. Amma oyunda alınmır. Ehtiyat qüvvəyə gəlincə, bəzi zədəli və cəzalılarımız var. Bu baxımdan kasadlıq ola bilər”.
Məlikov oyunun sonlarında topun cərimə meydançasında "Sumqayıt”ın futbolçu Murad Ağayevin əlinə dəydiyi epizodu da şərh edib: "Mənə müəmmalı qaldı. Hakim epizoda yaxın idi, yəqin doğru qərar verib. Penlati də təyin edə bilərdi. Əlinə dəymişdi”.