
"Qarabağ"ın futbolçusu Mahir Mədətov Topaz Premyer Liqasının XIV turunda "Neftçi" ilə ev oyunu zamanı xəsarət alıb.
Sportnet.az xəbər verir ki, ikinci hissənin əvvəlində oyun epizodunda rəqib futbolçunun butsu gənc hücumçunun başını zədələyib.
Mədətov həkimlərin başına sarğı vurmasından sonra oyunu davam etdirib.
Qeyd edək ki, hazıra "Qarabağ" 1:0 hesabı ilə öndədir.