
Azərbaycanda ilin məşqçisi seçilən Qurban Qurbanovun mükafatlandırma mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Fairmont otel"də keçirilən tədbirə PFL prezidenti Ramin Musayev də qatılıb. Komanda.az-ın jurnalistlər arasında keçirdiyi sorğu nəticəsində qalib olan "Qarabağ" və Azərbaycan milli komandasının baş məşqçisinə mükafatı saytın baş redaktoru Rəşad Ergün təqdim edib.
Xatırladaq ki, səsvermədə 74 mətbuat orqanından 79 jurnalist iştirak edib. 77 səs toplayan Qurban Qurbanov 8-ci dəfə ilin ən yaxşı məşqçisi seçilib.