"Neftçi” futbol klubunun prezidenti Orxan Hüseynzadə İsrailin paytaxtı Təl-Əvivdə ali kateqoriyalı UEFA nümayəndələri üçün seminarda iştirak edəcək.
Sportnet.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, 29 - 30 yanvar 2018-ci ildə keçiriləcək tədbirdə Azərbaycanı O.Hüseynzadə ilə yanaşı, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və milli assosiasiyanın Beynəlxalq Ələqələr Departamentinin müdiri Könül Mehtiyeva təmsil edəcəklər.
Qeyd edək ki, Orxan Hüseynzadə 2010-cu ildən 44 beynəlxalq oyuna UEFA nümayəndəsi kimi təyinat alıb.