1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz" Antalyaya gedir
Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "Kəpəz” komandasının qış hazırlıq proqramı müəyyənləşib.
Sportnet.az Gəncə klubunun rəsmi saytına istinadən xəbər verir ki, istirahətə buraxılan kollektiv 2018-ci il yanvarın 5-də Bakıda bir araya gələrək tibbi müayinədən keçəcəklər.
Futbolçular ayın 7-də baş məşqçinin sərəncamında olacaqlar. Yanvarın 8-dən isə "sarı-göylər” gündə iki dəfə olmaqla təlim-məşq toplanışına start verəcəklər. Ayın 13-nə kimi komanda "Dalğa Arena”da məskunlaşacaq. Daha iki gün isə futbolçular Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçəcək.
"Kəpəz”in üzvləri yanvarın 16-da istirahət edəcək. Bir gün sonra isə komanda Türkiyəyə yollanmaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında toplaşacaq. "Kəpəz” hazırlığın bundan sonrakı hissəsini Antalyada davam etdirəcək. Gəncə klubu fevralın 2-dək qardaş ölkədə olacaq.