1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qırtımovun "Neftçi"yə keçidi 2018-ə qaldı
"Keşlə"nin futbolçusu İlkin Qırtımovun "Neftçi"yə gözlənilən transferi bu gün baş tutmayıb. Bu barədə Sportnet.az-a 27 yaşlı müdafiəçinin özü açıqlama verib.
Qırtımov bildirib ki, "ağ-qaralar"ın bazasında keçirdiyi görüş zamanı ona yeni ildən sonranı gözləməsi məsləhət görülüb. Hələlik gələcək taleyinə aydınlıq gəlmədiyini deyən oyunçu doğma rayonu Zaqatalaya istirahətə yollanacağını əlavə edib.
"Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov isə "Report"a bildirib ki, Qırtımovla bu gün danışıqlar aparılıb və ilkin razılıq əldə olunub. Lakin rəsmi müqavilənin yanvarın əvvəllərində komanda bir araya gəldiyi vaxt bağlanılmasına qərar verilib.
Qeyd edək ki, İlkin Qırtımovun "Keşlə" ilə cari mövsümün sonunadək müqaviləsi var.