1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rövnəq Abdullayev: "Futbolumuzda haramın kökünü kəsməliyik"
"Bu gün xoş gündür. AFFA-nın milli komandalarının yaşaması üçün bazanın açılşını etdik. Yaşaması və məşq keçməsi üçün hər cür şərait yaradılıb. Buradan həm milli komandalar, boş qalanda isə "Səbail” klubu istifadə edəcək. Bu AFFA-nın vəsaiti hesabına başa gəlib. UEFA-nın hədiyyəsidir".
Sportnet.az-ın məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev qurumun İcraiyyə Komitəsinin iclasından sonra təşkil edilən mətbuat konfransında deyib. Milli assosiasiyanın rəhbəri bildirib ki, İK iclasında aşağı yaş qruparı üzrə milli komandalara baş məşqşilər təsdiqlənib.
- Müzakirə olunan məsələrdən biri də futbol matçlarının manipulyasıyasıdır. Bu barədə məlumat verildi. Bilirsiniz ki, yaxınlarda bir hadisə baş verdi. UEFA bir şirkətlə əməkdaşlıq edir. I Divizionun oyunlarından xəbərdardırlar. Futbolla məşğul olan şəxslər mərclə məşğul olmamalıdırlar. Bu, artıq cinayət məsuliyyətidir. "Keşlə”nin 2 futbolçusu və "Neftçi”nin bir məşqçisi tutulub və onların işi prokurorluğa verilib. Sumqayıtda iki, Bakı Olimpiya Stadionunda isə 1 stadion salınacaq. Region Liqa barədə də danşdıq. Bu, bütün ölkəni əhatə edəcək və futbolun inkişafına tövbə verəcək.
- "Kəpəz”də maliyyə pozunusu ilə bağlı ictimayyətə açıqlama verilmədi...
- "Kəpəz” biz tərəfimizdən maliyyəlşdirilir. Ora nüamayəndələr biz tərəfdən qoyulub. Onlar bir az başısoyuqluq ediblər. Pozuntuya cəhd olunmuşdu, pozuntu olmamışdı. Onlar da işlərindən kənarlaşdırıldılar.
- Danışılmış oyunlarla bağlı araşdırmalar nə yerdədir?
- Şərqi Avropa ölkələri mərc oyunları ilə futbollarına haram qatdılar. Ona görə də futbolları dibə getdi. Almaniyada isə əskinə. Çalışmalıyıq ki, futbolumuza haram qatılmasın.
- Növbəti mövsüm Premyer Liqa iştiakçılarının sayının artırılması mümkündür? Bəlkə bunun üçün lisenziya şərtərini asanladırmaq lazımdır?
- UEFA-nın tələləri var. Bəzi hallarda sponsorlar klubları yarıyolda qoyu gedirlər. Bunu yaşamışıq.
- Region Liqasından I diviziona komanda yüksələcək?
- Bəli, 1 komanda yüksəlməldir. Diviziondan da Premyer Liqaya 1 klub çıxmalıdır.
- Premyer Liqanın sponsoru "Topaz”dır. Bunun özü də haramdır...
- Xeyr, elə deyil. "Topaz” rəsmi sponsordur. Bu qurumu yaratmaqla pulların rəsmi şəkildə dövlətə gəlməsini təşkil etmişik. Haram olan işlədiyin komandanın oyununu "stavka”ya qoyub, uduzmaqdır. Belə hərəkətə yol verən şəxs çörəyi yediyi qaba tüpürür. Mən heç vaxt mərc oynamamışam və heç kimə də məsləhət görmürəm.
- "Dalğa Arena” uşaq liqalarının keçirilməsi üçün münasib yer deyil. Bununla bağlı dəyişiklik mümkündür?
- Bizdə həmin ərazidə bir prolem var – külək məsələsi. Temperatur sıfırdan aşağıda olanda oyunları təxirə salmışıq.
- Azarkeşlər regionlarda daha çoxdur. Olmaz ki, "Zirə” və "Səbail" də burada deyil, Tovuzda olsun?
- Bu, göstərişlə deyil ki... Sponsorlar var. "Turan Tovuz” I Diviziondadır, çıxsınlar Premyer Liqaya. Biz Divizion səviyyəsində sponsorluq edirik. Nə Qazaxda, nə də Tovuzda sponsor tapılır.
- Futboldan uzaqlaşdırılanların səbəbləri açıqlanmayıb?
- (Elxan Məmmədov cavab verir) Bu iş başlayanda hüuquq mühafizə orqanları ilə əməkdaşlıq etmişik. Lakin indi də araşdırma gedir. Bizə də məsləhət götülüb ki, açıqlama verməyək. Biz prokurorluğa müraciət etmişik. Araşdırmalar gedir. Futbolçu özü də etiraf edib. Yeni cəzalar da olacaq.
Rövnəq Abdullayev: Futbolla məşğul olanların bu işlə məşğul olmağa ixtiyarı yoxdur. Bu, cinayətdir. Ötən mövsüm də belə hallar var idi. UEFA-dan bizə məlumatlar gəlirdi ki, "Bakı" və "Rəvan" klublarında belə işlərlə məşğul olanlar var. FİFA-nın prezidenti şübhəli bilindiyi üçün 6 aylıq getdi. Heç səbəbi açıqlamadılar. Bunu istintaq göstərəcək.
- Mehdi Hüseynzadə adına stadionun təmir olunması mümkündür?
- Biz kommersiya məsələlərindən uzaqlaşırıq. Bu gün "Bakcell Arena"nın saxlanma xərclərinin 95 faizini "Bakcell" ödəyir. Stadionlara verilən adlar yalnız kommersiya xarakterli olacaq. "Bayıl Arena"ya da sponsor axtarılır. Pulunu versin, lap atasının adını versin. Təbii ki, bu, zarafatdır. Bugünkü iclasda Sumqayıtda Mehdi Hüseynzadə adına stadion da müzakirə olundu. Orada 10 min nəfərlik stadion tikintisi üçün layihə var. İndi qalıb onun pulunu tapmaq. Elxan müəlim gedib bir az UEFA-dan qoparar, bir az biz verərik, bir az da "Sumqayıt” rəhbərliyi.
- Uşaq liqalarında çoxlu təxirəsalmalar var. Bununla bağlı komissiya yaradacaqsınız?
- (Elxan Məmmədov) Bu gün iclasda bu barədə danışıldı. Rövnəq müəllim tövsiyyə etdi ki, komissiya yaradılsın. Tərkibində mətbuat nümayəndələri də yer alacaq. Bu mövsüm 43 təxirəsalma olub, 70 faizi qızlar liqasına təsadüf edib.
Sonda AFFA prezidenti qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibətilə təbriklərini çatdırıb, AFFA-nın fəaliyyətdə olduğu 25 ili yüksək qiymətləndirib...
- 25 ilin yekunu kimi 2017-ci ili uğurlu saymaq olar. Seçmə mərhələnin əvvəlində yaxşı təsir bağışlayırdıq. İslamiadada 1-ci yeri tutduq. Ən əsası da "Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqəsini qeyd edərdim. Cənab Prezidentə təşəkkür edirəm. Futboldakı uğuru qeyd etdi. Üç diplomdan 2-ni futbol sahəsində çalışanlara - Elxan Məmmədov və Tahir Gözələ verdi. 2020-ci ildə çalışıb Avropa çempionatına düşməliyik. İki şansmız var: həm seçmə mərhələ, həm də Millətlər Liqası. Çalışacağıq ki, bu işin öhdəsindən gələk.